Kibertəhlükəsizlik Akademiyası, Kiber Təhlükəsizlik Platforması tərəfindən 2021-ci il tarixində yaradılmış əsas fəaliyyət sturukturudur. Daxilində müxtəlif  kurs , tədris proqramları tədris edən  Kibertəhlükəsizlik Akademiyası hal hazırda 57 aktiv tələbə, 12 məzun , 6 layihə, 8 inkişaf proqaramı ilə ölkənin ilk və böyük kibertəhlükəsizlik Akademiyası adını qazanmışdır. Fəaliyyət dövründən 100-dən çox gəncə xüsusi təhsil metodları ilə yeniliklər açan, onların  inkişafına xüsusi töhfələr verən Akademiya, bu sahədə ən yeni tədris metodlarını yeniləməyə davam edir. Əsas hədəf fəaliyyəti Azerbaycan gənclərinin kibertəhlükəsizlik sahəsi üzrə  ixtisaslamış kadr olmaqlarını təmin etməkdir.

Kibertəhükəsizlik Akademiyası hal-hazırda 3 mərkəzde fəaliyyət göstərir. Əsas mərkəz Gənclər və İdman Nazirliyi Bakı Gənclər Mərkəzidir. Mərkəzlərimizin daxilində fəaliyyət göstərən Tədris müəsissələrində yüksək keyfiyyətli təhsil üçün xüsusi imkanlar mövcuddur.  Bakı Gənclər Mərkəzində 3 texnoloji məkandan ibarət xüsusi təhcizatlı komputer otaqları və kibertəhlükəsizlik yarışlarının keçiriliməsi üçün otaq, istirahət və qida ehtiyaclarının qarşılanması üçün geniş kafe mövcuddur.

Akademiyamızın daxili  fəaliyyət strukturu, koordinasiyası peşakar təlimçilərdən ibarət olmaqla müstəqil fəaliyyət göstərməkdədir. Tədris, Təlim və İnkişaf proqramları beynəlxalq informasiya təhlüksəziliyi əsaslarında müəyyən olunmuş və xüsusi materiallarla təşkil olunmaqdadır. Təlimçi heyyətimiz isə bu sahə üzrə yüksək bacarıqlara məxsus  və peşakar təcrübəli  şəxslərdən ibarətdir.

Akademiya hər bir tələbəyə ayrı fərd olaraq yanaşır ki, bu da onlara xüsusi diqqət tələb edir. Bunun əsas səbəbi isə Kibertəhlükəsizlik Akademiyasında təhsil təşkilinə dair qanunların olmasıdır ki, bunların hər biri icra olunmaqdadır. Bu qanun toplusunun əsas təhsil fəaliyyəti  ölkəmizin milli kadr ehtiyatının yükəldilmsi üzrədir.

Akademiya nəznində 6 və 3 aylıq əyani dərs planı mövcuddur. Bu plan tərkibində gənclərimiz Akademiyanın nəznində fəaliyyət göstərən əsas və köməkçi kurslardan qeydiyyatdan keçərək öz təhsillərini davam etdirə və ya kibertəhlükəsizlik sahəsi üzrə başlanğıc səviyyədən başlaya bilərlər

E-Akademiya nəznində 6 və 3 aylıq elekton dərs planı mövcuddur. Bu plan tərkibində gənclərimiz Akademiyanın nəznində fəaliyyət göstərən əsas və köməkçi kuslara qeydiyyatdan keçərək öz təhsillərini davam edirə və ya kibertəhlükəsizlik sahəsində başlanğıc səviyyədən  başlaya bilərlər

Bootcamp və ya kibertəhlükəsizlik təhsil proqramlarımız hər il 1 dəfə olmaqla təşkil olunmaqdadır. Bu proqramlar xüsusi inkişaf yönümlü olaraq gənclərimizin müəyyən biliklərə sahib olmalarını təmin edir. Qəbul edilmiş gənclərimiz təhsil müddəti 1 həftə, 2 və yaxud 1 ay olmaqla qapalı xüsusi tərtib edilmiş tədris qrafiki ilə dərslərə başlayırlar

Akademiyamızın daxilində hal hazırda 2 əsas və 3 köməkçi kurs proqramı mövcuddur. Bunlardan 2 əsas kurs proqramı “Ethical Hacking Fundamentals” və “Ethical Hacking Professional” və 3 köməkçi “Şəbəkə Təhlükəsizliyi”, “Phython”, “İnformasiya Hüququ Digital Forensic” tədris olunmaqdadır.

Hal hazırda əsas 2 sertifikat proqramı “Ethical Hacking Fundamentals Certificate EHF” və “Ethical Hacking Professional Certificate EHP” olmaqla akademiya tələbələrimizə verilir. Sertifikatlarımız 3 x 3 ayı tamamlamış və kurs bitirmə imtahanını uğurla başa vurmuş tələbələrə təqdim edilir.

Bilidiyiniz kimi Akademiya olaraq daima əməkdaşlıqlarımızı qurum və quruluşlarla daima sıx tutmaqdayıq. Bu sahədə təcrübə proqramlarının vacibliyini başa düşərək əməkdaş olduğumuz qurumların daxilində müyyən proqram çərçivəsində məzun tələbələrimizə staj imkanı yaradırıq

İnkişaf proqramlarımız ən önəmli fəaliyyətlərimizdən biridir. Bu gün ölkə gəncləri üçün inkişaf proqramlarının əsas faydası gənclərin istisaslaşmış  mütəxəsisslərdən öyrənəcəklərini təkmilləşdirərək, birliyinin təşkil olunmasıdır.

Dəyişim proqramlarımız hal-hazırda inkişaf mərhələsində olaraq  xarici və yerli təhsil müəssələri ilə birlikdə aparılmaqdadır. Bu proqramın məqsədi kibertəhlükəsizlik sahəsində Yerli və Xarici Universitetlər, dövlət qurumları ilə birgə gənclərimizin  inkişafına dəstək olmaq və müxtəlif ixtisas istiqamətində praktika ilə biliklərin artırımasıdır.

Akademiyamız hər zaman gənclərə maddi və mənəvi cəhətdən dəstək olaraq onların inkişafı üçün əlindən gələni etmiş və hal-hazırda da  etməkdədir.  Aktiv olaraq Akademiyamızda  Akademik  və  Sosial təqaüd proqramı təşkil edilir.  Akademik Təqüd Proqramı, seçilmiş 10 nəfər namizəddən hər proqram üçün  1 nəfər nəzərdə tutulmaqla tam təqaüdlü və yarı təqüdlü  təqaüd haqqı qazanılır. Sosial Təqaüd Proqramı Şəhid, Qazi ailələrinə və  xüsusi məhdudiyətli gənclərimiz üçün nəzərdə tutulmuşdur. Sosial Təqüd Proqramı seçilmiş tədris növündən asılı olmayaraq, hər biri üçün 2ədəd şəhid və qazi ailəsi və  1 ədəd tam təqüdlü xüsusi məhdudiyyətli tələbəmiz qəbul edilir.