Tələbələrin diqqətinə!

Fev
25

EH-L1 imtahanın nəticələri açıqlandı

Əziz Akademiya tələbələrimiz, 23.02.2024-cü ildə Kiber Təhlükəsizlik Platforması Sertifikatlaşdırma Mərkəzi tərəfindən təşkil edilən Ethical Hacking Level 1 imtahan nəticələri açıqlandı. Nəticələri şəxsi kabinet hesabınızdan görə bilərsiniz. Nəticələri yüksək olan tələbələrimizi təbrik edir, kredid imkanından yararlanıb yenidən imtahana qatılacaq tələbələrimizə uğurlar arzu edirik.

Ətraflı
Fev
25

2024-cü ilin ilk EH-L1 imtahanı keçirildi.

Fevralın 23 Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyası tələbələri üçün Sertifikatlaşdırma Mərkəzi tərəfindən EH-L1 imtahanı təşkil edildi. İmtahan iki hissədən ibarət olub praktiki və nəzəri olaraq reallaşdırıldı. Bu imhan mərhələsində ilk dəfə olaraq nəzəri imthan hissəsi KTLab Millli Kibertəhlükəsizlik Laboratoriya startup layihəmizdən dəstək alındı.

Ətraflı
Sen
25

Növbəti EHCF imtahan nəticələri bəlli oldu

Hörmətli və dəyərli Akademiyamızın tələbələri bildiyiniz kimi “Ethical Hacking Fundamental” kursumuzun növbəti məzunlarının sertifikat keçid imtahanı reallaşdırıldı. İmtahan iki hissədən ibarət olub nəzəri və praktiki suallar çərçivəsində keçirilərək tələbələrimizin bilik səviyyəsi test edildi. İmtahan nəticələrini Platformamızda olan “Sosial Kibertəhlükəsizlik Şəbəkəsi” profilərinizə PDF sənəd forması olaraq sistem tərəfindən göndərilmişdir. Nəticələri yüksək olan tələbələrimizi təbrik edir, kredid […]

Ətraflı

Akademiyamızın 2-ci Kiber Mərkəzi fəaliyyətə başladı

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının ikinci kiber mərkəzi artıq öz tələbələrini qarşılamağa tam hazırdır. Bu mərkəz hər bir şəraitlə təmin olunaraq gənclərimizin xidmətindədir. Mərkəzin daxilində xüsusi yüksəldilmiş parametrlərə məxsus kompyuterlər və xüsusi laboratoriya mövcuddur. Qeydiyyatdan keçməyə tələsin. Diqqət: Mərkəz Ayna Sultanova parkına yaxın, Binəqədi rayonu Səttar Bəhlulzadə 44 ünvanında yerləşməkdədir. Qeydiyyat: https://lnkd.in/e-m-5QeG

Ətraflı
Avq
20

Akademiyamızda məzun günü

Beləcə daha bir uzun sürən marafonun sonuna gəldik. Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik Akademiyasının növbəti tələbələri məzun adını qazandı. Əziz tələbələrimizə gələcək həyatında uğurlar arzu edirik. Məzun günümüzdə Karmasis Azerbaycanın Genel Müdürü hörmətli Berna Baysal xanımda iştirak etdi. Kiber Təhlükəsizlik Platforması komandası olaraq bizlərə verdiyi dəstəyə görə Karmasis A.Ş ve şəxsən Berna Baysal xanıma təşəkkür edirik.

Ətraflı
Avq
14

Tələbələrimizin və məzunlarımızın nəzərinə

EHCF – Ethical Hacking Certificate Fundamental və EHCP – Ethical Hacking Certificate Professional sertifikatların elektron versiyası saytın sertifikat doğrulama sisteminə yerləşdirilmişdir. Kiber Təhlükəsizlik Platforması ailəsi olaraq əziz gənclərimizi səmimi duyğularımızla təbrik edir, hər birini gələcək kariyeralarında uğurlar arzu edirik. SERTİFİKAT YOXLA

Ətraflı
İyl
30

EHCF Sertifikat imtahanının nəticələri açıqlandı

Hörmətli və dəyərli Akademiyamızın tələbələri bildiyiniz kimi “Ethical Hacking Fundamental” kursumuzun məzunlarının sertifikat keçid imtahanı reallaşdırıldı. İmtahan iki hissədən ibarət olub nəzəri və praktiki suallar çərçivəsində keçirilərək tələbələrimizin bilik səviyyəsi test edildi. İmtahan nəticələrini aşağıdakı PDF sənəd formasından əldə edə bilərsiniz. Nəticələri yüksək olan tələbələrimizi təbrik edir, kredi imkanından yararlanıb yenidən imtahana qatılacaqlara uğurlar arzu […]

Ətraflı